Qazan Suyunun Kimyəvi Emalı Üçün Reagentlər

Buxar istehsalında etibarlı iş və uzunmüddətli sistem mühafizəsi.

Qazan sistemlərində suyun keyfiyyətinin düzgün idarə olunması təhlükəsiz buxar istehsalı, enerji səmərəliliyi və avadanlıqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qidalandırıcı suyun və qazan suyunun tərkibindəki həll olmuş oksigen, sərtlik yaradan komponentlər və digər qarışıqlar korroziyaya, mineral çöküntülərin əmələ gəlməsinə və istilik ötürülməsinin səmərəliliyinin azalmasına səbəb ola bilər.


DELTAQUA müxtəlif təzyiq və istismar şəraitində işləyən qazan sistemləri üçün ərp əmələ gəlməsinin, korroziyanın və çöküntü yığılmasının nəzarət altında saxlanılmasına yönəlmiş kimyəvi su emalı həlləri təqdim edir. Suyun kimyəvi xüsusiyyətləri və sistemin tələbləri əsasında hazırlanmış kimyəvi emal proqramları buxar istehsalının səmərəliliyinin qorunmasına və fasiləsiz istismar prosesinin təmin edilməsinə kömək edir.

01

02

03

04

05

Oksigen Tutucular

Qidalandırıcı suda həll olmuş oksigenin səbəb olduğu çuxurcuq korroziyası riskini azaltmağa yönəlmiş kimyəvi həllər.

pH və Qələvilik Tənzimləyiciləri

Qazan suyunun kimyəvi parametrlərinin nəzarətdə saxlanılmasına və metal səthlərin qorunması üçün əlverişli şəraitin təmin edilməsinə kömək edən kimyəvi məhsullar.

Ərp və Çöküntü Əmələ Gəlməsinin Qarşısını Alan Reagentlər

Su sərtliyindən yaranan çöküntüləri və qazan səthlərində birikintilərin əmələ gəlməsini nəzarətdə saxlayan kimyəvi formulalar.

Kondensat Xətlərinin Korunması Üçün Reagentlər

Kondensatın geri dönüş xətlərində, xüsusilə karbon turşusunun səbəb olduğu korroziyanın nəzarət altında saxlanılmasına yönəlmiş kimyəvi həllər.

Çoxfunksiyalı Qazan Suyu Emalı Reagentləri

Bir neçə su emalı funksiyasını özündə birləşdirərək qazan suyunun kimyəvi parametrlərinin nəzarətdə saxlanılmasını dəstəkləyən formulalar.

Sisteminiz Üçün Ən Uyğun Həll Yolunu Birlikdə Müəyyən Edək.

Qazan sistemlərində effektiv kimyəvi su emalı işçi təzyiqi, qidalandırıcı suyun keyfiyyəti, kondensatın geri qaytarılma faizi, buxardan istifadə şəraiti və qazan suyunun üfürülmə prosesinə nəzarət kimi parametrlərin kompleks şəkildə qiymətləndirilməsini tələb edir.


DELTAQUA sistemin istismar şəraitinə uyğun kimyəvi emal proqramlarının müəyyən edilməsi, dozalanmanın optimallaşdırılması və sistemin iş göstəricilərinin monitorinqi proseslərində mühəndislik yanaşması ilə müəssisələrə texniki dəstək göstərir.